Məhsuldar ötürmə ilə matçın ən yaxşısı oldu
01.12.2019 , 15:24

Rusiya Premyer Liqasında XVIII tura start verilib.
Azərbaycanlı futbolçular – Azər Əliyevlə Turqay Möhbalıyevin formasını geyindiyi “Ufa” səfərdə “Krılya Sovetov”a 1:0 hesabı ilə qalib gəlib.
Başqırdıstan təmsilçisinin yeganə qolunun ötürməsini Azər Əliyev verib. 90 dəqiqə meydanda olan Əliyev matçın ən yaxşı futbolçusu seçilib.
Möhbalıyevin adı isə yenə də iştirak ərizəsinə salınmayıb.
