Türkiyə PTT birinci liqasında 19-cu turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, Cəmşid Məhərrəmovun formasını geydiyi “Adanaspor” səfərdə “Orduspor”un qonağı olub.
Həmyerlimiz 38-ci dəqiqədə meydana daxil olmaqla yeni klubunda debüt edib. 47-ci dəqiqədə isə Cəmşid sarı vərəqə ilə cəzalanıb. Matç qolsuz heç-heçə ilə tamamlanıb.
