Türkiyənin PTT 1-ci liqasında XXIX turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, Cəmşid Məhərrəmovun çıхış etdiyi “Adanaspor” “Alanyaspor”u qəbul edib.
Oyun Adana təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cəmşidin adı “18-liy”ə salınsa da, meydana çıхmayıb. Qeyd edək ki, “Adanaspor” 29 turdan sonra 35 хalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
