Məhəmməd Salahla müqavilə yenilənib
02.07.2018 , 12:36

“Liverpul” futbolçusu Məhəmməd Salahla müqaviləni yeniləyib.
Bu barədə klubun saytı xəbər yayıb. Misir millisinin üzvü “qırmızılar”la 5 illik yeni sözləşmə imzalayıb. Məhəmməd həftəlik 226 min avro məvacib alacaq və bununla da klub rekordu qıracaq.
Qeyd edək ki, 2017-ci ilin yayında “Roma”dan “Liverpul”a transfer olunan misirli hücumçu ilk mövsümündə 52 oyuna 44 qol vurub. O, 32 qolla İngltərə Premyer Liqasında 2017/18 mövsümünün ən yaxşı bombardiri olub.
