Məhəmməd Salaha rekord təklif
12.12.2025 , 12:00
“Liverpul”un ulduz hücumçusu Məhəmməd Salahın qışda komandadan gedişi real görünür.
Korner.az xəbər verir ki, Səudiyyə Ərəbistanının adı açıqlanmayan bir klubu misirli futbolçuya rekord məbləğdə təklif göndərib.
Məlumata əsasən, Salah yeni komandasında həftəlik 2,5 milyon, mövsüm ərzində isə 120 milyon funt sterlinq qazanacaq.
Britaniya mətbuatı isə hücumçunun baş məşqçi Arne Slotla münasibətlərinin gərginləşdiyini və bu səbəbdən onun yanvarda komandadan ayrılma ehtimalının yüksək olduğunu yazır.
Qeyd edək ki, 33 yaşlı futbolçu 2017-ci ildən “Liverpul”un heyətində çıxış edir. Salah cari mövsümdə 19 matçda oynayıb, 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.