Məhəmməd Salah üçün Səudiyyə Ərəbistanından rekord təklif
30.10.2025 , 21:54
Səudiyyə Ərəbistanının adı açıqlanmayan klubu “Liverpul”un və Misir millisinin hücumçusu Məhəmməd Salaha rekord dəyərində təklif göndərib.
Korner.az xəbər verir ki, 32 yaşlı futbolçuya ildə 170 milyon avro məvacib təklif olunub. Bu məbləğ hazırda dünya futbolunda ən yüksək illik gəlir sayılır.
Bildirilir ki, müqaviləyə bir sıra əlavə üstünlüklər də daxildir. Salah Səudiyyə Ərəbistanında turizm səfiri olacaq və transfer ediləcəyi klubun səhmlərinin müəyyən hissəsinə sahiblik hüququ qazanacaq.
Əgər ulduz hücumçu bu təklifi qəbul etsə, o, Səudiyyə Ərəbistanının idman və iqtisadi layihələrinin əsas simalarından biri olacaq.