19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Macarıstanla qarşılaşan yığmamızın baş məşqçisi Nikolay Adam oyunla bağlı fikirlərini affa.az saytına bildirib.
Korner.az-ın məlumatına görə, Adam seçmə mərhələyə məğlubiyyətsiz başlamağın vacib olduğunu deyib.
O bildirib ki, ikinci hissənin ortalarında Elnur Cəfərovu dəyişməklə taktiki dəyişikliyə də əl atdıq: “Ümumiyyətlə, dəyişikliklər oyunun tərkib hissəsidir. Həmin vaxt hesabda geridə idik. Nəyisə dəyişməyimiz lazım idi. Nəticədə cavab qolunu vura bildik”.
