DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Macarıstan millisi səfərdə Hollandiyaya 8:1 hesabı ilə məğlub olub.
Korner.az-ın məlumatına görə, komandanın baş məşqçisi Sandor Eqervari istefa verdiyini açıqlayıb.
Eqervari bu sözləri deyib: “Qrupda ikincilik üçün mübarizə aparırdıq, amma belə bir gözlənilməz məğlubiyyətlə üzləşdik. Məğlubiyyətə görə məsuliyyəti öz üzərimə götürürəm və istefa verirəm”.