Məğlubiyyətə görə maaşlarından imtina etdilər
28.10.2019 , 16:07

İngiltərə Premyer Liqasının X turunda “Lester”ə 0:9 hesabıyla uduzan “Sauthempton”un məşqçilər korpusu və oyunçuları məvaciblərinin bir hissəsindən imtina ediblər.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda, komanda üzvlərinin Steplevud düşərgəsində keçirilən sosial layihələrdə iştirak etdiyi bildirilib.
Bundan əlavə, komandanın məşqçilər heyəti və oyunçularının məvaciblərinin müəyyən məbləğini xeyriyyə fonduna bağışlayacaqları bildirilib. Pulların bağışlandığı “Saints” fondu ildə 12000 gəncə dəstək olur.
