“Fənərbaxça” klubu növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.
Korner.az-ın məlumatına görə, İstanbul klubu “Lion”un yarımmüdafiəçisi Matye Valbuenanı heyətinə qatır.
Aparılan danışıqlar müsbət yekunlaşıb və Valbuena qarşıdakı mövsümü icarə əsasında “Fənərbaxça”da keçirəcək. İstanbul klubu bu transfer üçün 4 milyon avro ödəyəcək.
