“Arsenal”ın yeni transferi Aleksandr Lyakazett adını Premyer Liqa tarixinə yazıdırıb. Forvard buna dünən “Lester Siti” ilə oyunda 2-ci dəqiqədə fərqlənməklə nail olub.
Hücumçu İngiltərə Premyer Liqasının ilk turunda ən tez fərqlənən 3 futbolçudan biri olub. Lyakazetdən öncə bu nəticəyə “Arsenal”lı Kevin Kəmpbell 1994/95-ci ildə və 1997/98-ci ildə “Nyukasl”dan Faustino Aspilye nail olub
Dünən keçirilən Premyer Liqa matçında “topçular” 4:3 hesablı qələbə qazanıb.
