Braziliya millisinin sabiq futbolçusu Lusionun yeni klubu bəlli olub.
39 yaşlı müdafiəçi karyerasını ölkəsinin 4-cü liqasında çıxış edən “Qama” klubunda davam etdirəcək. O, yeni komandası ilə 1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Lusio “Bayer”, “Bavariya”, “İnter”, “Yuventus”, “Sao Paolo” və “Palmeyras” kimi kluvlarda top qovub. Ulduz futbolçu 1 dəfə dünya çempionu olub və 1 dəfə Çempionlar Liqasının qalibi adını qazanıb.
