Lunyovun yeni klubu
19.06.2024 , 12:22

Andrey Lunyovun yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, qolkiper “Dinamo”da çıxış edəcək.
Bu barədə Moskva klubunun mətbuat xidməti məlumat yayıb.
Onunla 2+1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Andrey Lunyov 2023/2024 mövsümündə “Qarabağ”da çıxış edib.
