DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 22-də Lüksemburq şəhərində Lüksemburq, martın 26-da isə Bakıda Portuqaliya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının martın 13-dən etibarən Bakı şəhərində təlim-məşq toplanışı başlayır.
Korner.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, millinin məşq cədvəli aşağıdakı kimidir:
13.03.2013
Saat 15:45
14.03.2013
Saat 10:30; 16:15
15.03.2013
Saat 10:30; 16:15
16.03.2013
Saat 10:30
18.03.2013
Saat 10:30; 16:15
19.03.2013
Saat 10:30; 16:15
Bütün məşqlər Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçiriləcək və mətbuat üçün açıq olacaq.