DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 22-də, Lüksemburq şəhərində keçiriləcək Lüksemburq – Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib.
Korner.az-ın AFFA-nın saytına istinadən yaydığı məlumata görə, oyun irlandiyalı hakimlər briqadasına həvalə olunub.
Baş hakim: Padraigh Sutton
Baş hakimin köməkçiləri: Ciaran Delaney, Dermot Broughton
Dördüncü hakim: Neil Doyle
Hakim-inspektor: Marcel Vanelshocht (Belçika)
Komissar: Volfqanq Thierrichter (Avstriya)
