Lüksemburq – Azərbaycan oyununun hakim təyinatları
14.11.2020 , 14:25

Millətlər Liqasının VI turunda keçiriləcək Lüksemburq – Azərbaycan matçının təyinatları açıqlanıb.
Korner.az xəbər verir ki, qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Feliks Zvayer olacaq. Ona yan xətlərdə Torsten Şiffner və Marko Axmüller kömək edəcək. Dördüncü hakim funksiyasını isə Harm Osmers yerinə yetirəcək.
Noyabrın 17-də keçiriləcək Lüksemburq – Azərbaycan görüşü Bakı vaxtı ilə 23:45-də başlayacaq.
