DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Lüksemburq – Azərbaycan oyununu idarə edəcək hakimlər briqadasında dəyişiklik edilib.
Korner.az-ın məlumatına görə, martın 22-də baş tutacaq qarşılaşmanın referisi köməkçisi Ciaran Delaney görüşdə iştirak etməyəcək. Bu oyunda onu Mark Gavin əvəzləyəcək.
Baş hakim: Padraigh Sutton
Baş hakimin köməkçiləri: Mark Gavin, Dermot Broughton
Dördüncü hakim: Neil Doyle (hamısı İrlandiya)
Hakim-inspektor: Marcel Vanelshocht (Belçika)
Komissar: Volfqanq Thierrichter (Avstriya)
