Lukman bu mövsümü “Atalanta”da keçirəcək
19.01.2026 , 22:45
İtaliya çempionatında diqqət çəkən nigeriyalı hücumçu Ademola Lukmanın Türkiyə klublarına transferi baş tutmayacaq.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı forvard mövsümü hazırda çıxış etdiyi “Atalanta”da tamamlayacaq.
Bildirilir ki, transferin önündə duran əsas səbəb ailəvi amillərdir. Lukmanın həyat yoldaşı Türkiyədə yaşamağa razı olmadığı üçün oyunçu təklifləri qəbul etməyib.
Bazar qiyməti təxminən 35 milyon avro olan Lukman hazırda A Seriyasında karyerasını davam etdirməyə üstünlük verir və İtaliyada mövsümü başa vurmaq niyyətindədir.