“Kruzeyro” klubunun yarımmüdafiəçisi Lukas Silva “Real”ın futbolçusu Kriştianu Ronaldonu kumiri hesab etdiyini deyib.
Korner.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Silva Avropada oynamaq itədiyini dilə gətirib.
“Mən Ronaldonu uşaqlıqdan izləyirəm. O hamıdan yaxşı oynayır. Həttə deyərdim ki, Ronaldo möcüzələr yaradır. Mən təsəvvür belə edə bilməzdim ki, nə vaxtsa Ronaldo ilə birlikdə oynaya bilərəm. Əgər mənim “Real”a transferim gerçəkləşsə, bu arzularımın həyata keçməsi deməkdir və buna görə, Allaha minnətdaram”, – deyə o bildirib.
Qeyd edək ki, Silvanın Madrid “Real”ına transferi haqda danışıqlar aparılır.
