"İlk oyunumuz idi. Eyni səviyyədə oyun getdi. Qələbə qazanmaq istəyirdik. Lakin alınmadı". Bu sözləri Korner.az-a açıqlamasında "Bakı"nın futbolçusu Lukas Mario Horvat deyib.
Sloveniyalı yarımmüdafiəçi xal itkisinə baxmayaraq toparlanacaqlarını və növbəti görüşdə qələbə qazanacağlarını dedi:
"Toparlanacağıq və çalışacağıq ki, qarşıdakı oyunlarda qələbə qazanaq. Bu oyundakı səvlərimizi analiz edib növbəti oyunlarda bunu təkrarlamamağa çalışacağıq. İlk oyun idi. Oyundan oyuna artıracağıq".