İspaniya La Liqasında mübarizə aparan “Atletiko” (Madrid) Lukas Hernandez ilə 5 illik yeni müqavilə imzaladı.
Korner.az-ın məlumatına görə, yarımmüdafiəçi ilə müqavilənin müddəti 2022-ci ilə qədər uzadılıb.
Qeyd edək ki, “Atletiko”nun yetirməsi olan futbolçunun adı son zamanlar “Mançester Yunayted” ilə hallanırdı.
