Lukas Hernandes əməliyyat olunub
25.11.2022 , 11:54
Fransa millisinin üzvü Lukas Hernandes əməliyyat olunub.
Korner.az xəbər verir ki, müdafiəçi dizindən uğurlu əməliyyat keçirib. Futbolçunun bərpa müddəti açıqlanmayıb.
Hernandes Fransa millisinin dünya çempionatının ilk turunda Avstraliyaya qarşı keçirdiyi oyunda (4:1) zədələnmişdi.