Paraqvay millisinin hücumçusu Lukas Barriosun yeni klubu bəlli olub.
33 yaşlı ulduzun Braziliyanın “Qremio” klubu ilə müqaviləsi başa çatıb və o, karyerasını Argentinada davam etdirəcək. Barrios Premyer Liqa təmsilçisi “Argentinos Xuniors”la müqavilə imzalayıb.
Barrios ən yaxşı dövrünü Dortmund “Borussiya”sında keçirib (82 oyun, 39 qol). Lukas Moskva “Spartak”ında və “Monpelye”də də çıxış edib.
