"Mançester Yunayted"in belçikalı hücumçusu Romelu Lukakunun uzun müddət qol vura bilməməsinin səbəbi buts sponsorunun olmaması imiş.
Bu barədə komandanın çalışdırıcısı Joze Mourinyo açıqlama verib. Portuqaliyalı mütəxəssis deyib ki, "9 nömrə" tanınmış firmalardan biri ilə sponsorluq müqaviləsi imzalasa, yenidən qollarını sıralamağa başlayacaq:
"Lukakunun hər hansı bir brendlə sponsorluq müqaviləsi yoxdu. Buna görə də meydana qara butslarla çıxır. Fikrimcə, o, məşhur buts markalarından biri ilə müqavilə imzalasa, yenidən qollarını sıralamağa başlayacaq".
