Lukaku İtaliya nəhənginin hədəfində
01.03.2019 , 17:37

İtaliyanın “Yuventus” klubu hücum xəttini möhkəmləndirmək üçün hərəkətə keçib.
İtaliya mətbuatının verdiyi məlumata görə, Turin təmsilçisi “Mançester Yunayted” klubunun belçikalı futbolçusu Romelu Lukaku üçün qarşı tərəfə təklif göndərmək niyyətindədir.
Qeyd edək ki, 25 yaşlı hücumçu bu mövsüm “qırmızı şeytanlar”ın heyətində 10 qol vurub və 1 məhsuldar ötürmə edib.
