Lukaku İtaliya nəhənginin hədəfində
27.06.2024 , 12:29

Romelu Lukaku üçün İtaliyadan daha bir böyük talib çıxıb.
Korner.az xəbər verir ki, ulduz hücumçu “Milan”ın transferi hədəfindədir.
İtaliya nəhəngi futbolçu üçün hərəkətə keçib.
Xəbərdə, “Çelsi”nin Lukakunun icarəsi üçün “Milan”dan yüksək məbləğ tələb etdiyi bildirilib.
Ötən mövsümü icarə əsasında “Roma”da keçirən Romelu Lukaku 21 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Mina Musayeva
