Lukaku İtaliya klublarına siqnal verdi
25.04.2019 , 15:33

“Mançester Yunayted” klubunun futbolçusu Romelu Lukaku İtaliyada oynamaq istədiyini bildirib.
“Sky Sport”a açıqlamalar verən belçikalı futbolçu irəli də bu arzusuna çatmaq niyyətindədir.
“Ümid edirəm ki, İtaliya çempionatında oynamaq şansım olacaq. Bu, mənim arzumdur. Ancaq indi bütün diqqətimi “Mançester Yunayted” klubuna yönəltmişəm.”
Qeyd edək ki, Romelu Lukaku ilə “Yuventus” klubunun maraqlandığı deyilir.
