Belçika millisi dünən yoldaşlıq oyununda Yaponiyanı 1:0 hesabıyla məğlub edib
Brüggedə keçirilən qarşılaşma “qırmızı iblislər”in hücumçusu Romelu Lukaku üçün əlamətdar olub.
Belə ki, matçda komandasının yeganə qoluna imza atan Lukaku millinin tarixinə düşüb. Yığma karyerasında 31-ci qolunu vuran 24 yaşlı hücumçu, Bernard Vorhof və Pol Van Himsti geridə qoyaraq, Belçika yığmasının tarixi ərzində ən məhsuldar oyunçu olub. O, bu nəticəyə 65 oyunda nail olub.
