Lukaku ən məhsuldar futbolçudur
21.06.2023 , 16:18

Belçika millisinin hücumçusu Romelu Lukaku Avropa yığmalarının heyətində ən məhsuldar 4-cü futbolçusu olub.
Korner.az xəbər verir ki, 30 yaşlı forvard AÇ-2024-ün seçmə mərhələsində Estoniya ilə oyunda bunu əldə edib.
Komandasının 3:0 hesablı qələbəsinə dublla töhfə verən Lukaku 108-ci görüşündə qol sayını 75-ə çatdırıb. O, hazırda macarıstanlı Şandor Koçsişlə 4-cü yeri bölüşdürür.
