Luka Modriç Zaqreb “Dinamo”suna qayıda bilər
23.02.2026 , 16:30
“Milan”ın və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç gələcək planlarında vətəninə qayıtmağı düşünür.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, 40 yaşlı futbolçu 2026-cı il dünya çempionatından sonra Zaqreb “Dinamo”suna dönməyi düşünür.
Xəbərdə bildirilir ki, Modriçin peşəkar karyerası məhz “Dinamo”da başlayıb və gəncliyində idol hesab etdiyi klubun hazırkı prezidenti Zvonimir Boban onun qərarında rol oynaya bilər.
Hazırda Modriç “Milan”dakı çıxışına fokuslanıb, lakin müqaviləsində əlavə bir mövsüm qalmaq seçimi var.