Luka Modriç “Milan”da qalacaqmı? – KLUB RƏHBƏRLİYİ RAZIDIR
27.02.2026 , 23:00
Luka Modriç “Milan”dakı debüt mövsümündə həm azarkeşlərin, həm də məşqçi heyətinin rəğbətini qazanıb.
Korner.az xəbər verir ki, baş məşqçi Massimiliano Alleqri Modriçi növbəti mövsümdə də komandada görmək istəyir.
Klub rəhbərliyi, icraçı direktor və idman direktoru futbolçu qalmaq qərarı verərsə, onunla müqaviləni uzatmağa hazırdır.
2025-ci ilin yayından “Milan”da çıxış edən Modriç bu mövsüm 28 rəsmi matçda 2 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.