Luk Şou üçün əlamətdar oyun
01.12.2025 , 12:30
“Mançester Yunayted”in müdafiəçisi Luk Şou klubdakı 300-cü oyununu keçirib.
Korner.az xəbər verir ki, Premyer Liqanın 13-cü turunda “Kristal Palas”la 2:1 hesablı qarşılaşma futbolçu üçün yubiley olub.
2014-cü ildən Manchester klubunda çıxış edən Şou 4 qol vurub, 30 məhsuldar ötürmə edib və komanda ilə Liqa Kuboku, İngiltərə Superkuboku və Avropa Liqasını qazanıb.