“Liverpul”un hücumçusu Luiz Suarez rekord qırmaq fürsətini əldən verib.
Korner.az-ın məlumatına görə, uruqvaylı futbolçu İngiltərə Premyer Liqasının sonuncu tur çərçivəsində dünən “Aston Villa”ya qarşı matçda qol vurmağı bacarmayıb. Beləliklə, futbolçu ardıcıl olaraq 9 matçda “Anfil Road”da qol vuran ilk “Liverpul”lu futbolçu kimi tarixə düşə bilməyib.
Qeyd edək ki, Luiz Suarez bu mövsüm 17 matçda 22 qol vurmağı bacarıb.
