“Liverpul”un futbolçusu Luiz Suarez maraqlı açıqlama verib.
Korner.az-ın məlumatına görə, “ESPN”-ə müsahibə verən uruqvaylı futbolçu psixoloji olaraq dəyişdiyini bildirib:
“Meydanda həmişə hirsli, istəkli və uğura ac futbolçu olmuşam. İki həftə öncə zərbəm dirəkdən geri qayıdarkən top əlimə dəydi. Davam edə bilərdim amma durdum. 2 ay öncəbu baş versə idi, davam edəcəyimə əminəm. Psixoloji olaraq dəyişirəm”.
