Luis Suares sağaldı
06.06.2020 , 20:48

“Barselona”nın zədəli hücumçusu Luis Suares sağalıb.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Həkimlər heyəti futbolçunun yaşıl meydanlara qayıtmağına icazə verib.
Qeyd edək ki, Suares yanvar ayında dizindən əməliyyat olunmuşdu.
