Luis Suares “İnter Mayami”dən ayrılır
09.12.2025 , 12:15
Uruqvaylı hücumçu Luis Suares ABŞ klubundan ayrılmağa qərar verib.
Korner.az xəbər verir ki, o, karyerasına başladığı ölkəsinin “Nasional” klubunda davam etdirməyi planlaşdırır.
“İnter Mayami” ilə müqaviləsi 2025-ci ilin sonuna qədər qüvvədə olan futbolçu 2024-cü ildən komandanın formasını geyinir.
Bu mövsüm Suares 32 oyunda 10 qol vurub və 10 məhsuldar ötürmə ilə diqqət çəkib.