Əfsanəvi futbolçu Luis Saha bu gün "Qarabağ"ın bazasını ziyarət edib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Saha klubun direktoru Əmrah Çəlikəl və baş məşqçi Qurban Qurbanovla kiçik toplantı keçirib və Azərbaycan futbolu haqda fikir mübadiləsi aparıb.
Görüşün sonunda futbolçuya "Qarabağ"ın "9" nömrəli forması hədiyyə olunub. Luis Saha daha sonra komanda üzvləri ilə də bir araya gəlib. Komandayaa və baş məşqçi Qurban Qurbanova uğurlar arzulayıb və "Qarabağ"ın Avropada layiq olduğu yerə gələcəyinə inandığını bildirib.
Xatırladaq ki, Luis Saha Fransa millisində 20 oyuna çıxıb, "Mançester Yunayted", "Tottenhem", "Latsio" kimi klubların şərəfini qoruyub.
