Kosta-Rikanın baş məşqçisi Xorxe Luis Pinto dünya çempionatının 1/4 finalından öncə Aryen Robbenin simulyasiyalarından narahat olduğunu dilə gətirib.
Korner.az-ın məlumatına görə, Robbendən açıq-aşkar narahat olan Pinto:
“FİFA-dan və hakimlərdən Aryen Robbenə xüsusi diqqət yetirmələrini xahiş edirəm. Onun özünü yerə atmağından narahatıq. Özü də etiraf etmişdi ki, bununla məşğul olur.
Ola bilsin ki, simulyasiyalarına görə verilən iki sarı vərəqə ilə meydanı tərk etməli olsun”, – deyə qeyd edib.
Xatırladaq ki, Hollandiya – Kosta-Rika görüşü bu gecə Bakı vaxtı ilə 01:00-da start götürəcək.
