Braziliya yığmasının baş məşqçisi Felipe Skolari Portuqaliya millisinin DÇ-2014-ün seçmə mərhələsindəki keçirəcəyi görüşləri dəyərləndirib.
Korner.az-ın məlmatına görə, portuqaliyalıların sabiq çalışdırıcısı açıqlamasında:
“Mən dünya çempionatını Portuqaliyasız görmək istəməzdim. Heç birimiz komandanın mundialı buraxmasını arzu etmərik. Portuqaliya qrupdan çıxmaq üçün qarşıdakı İsrail və Azərbaycanla oyunlarda mütləq qələbə qazanmalıdır. Bu qələbələr komandaya çox kömək edə bilər” – deyə bildirib.