"Barselona" İspaniya La Liqasında keçiriləcək "El Klassiko" öncəsi heç bir fərqli çalışma etməyəcək.
Korner.az-ın məlumatına görə, bu haqda komandanın baş məşqçisi Luis Enrike məlumat verib. O, hər oyuna eyni məsuliyyətlə yanaşdıqlarını bildirib:
"Məncə, futbol riskdi. Böyük riskə yol verdiyimi düşünmürəm. “Ayaks” qarşısında Messi, Neymar və İnyestanı "Real”la oyunu fikirləşdiyim üçün əvəzləmədim. Sadəcə taktiki planda dəyişklik etmək istədim. "Barselona" oyundan qopmadı. Ani diqqətsizlik "Ayaks”ın fərqlənməsi ilə nəticələndi. Məşqçi kimi məqsədim futbolçuların komanda kimi çalışması, günü-gündən artırmasıdı"
