“Barselona”nın baş məşqçisi Luis Enrike İspaniya superkubokunun dünən “Sevilya”ya qarşı keçirilən təkrar görüşündə (3:0) iki qola imza atan Arda Turanın oyunu ilə bağlı fikirlərini açıqlayıb.
Korner.az-ın məlumatına görə, matçdan sonra təşkil edilən mətbuat konfransında Luis Enrike deyib ki, Ardanın qol vurmasından məmnundur:
“O, hücumçu olmasa da, qol vura biləcəyini göstərdi. Arda həm hücumda, həm də yarımmüdafiədə yaxşı oynamağı bacarır. Həm onun, həm də komandamın oyunundan razıyam”.
