"Barselona"nın baş məşqçisi Luis Enrike Lionel Messinin 400-cü qoluna münasibət bildirib.
Korner.az-ın məlumatına görə, o, bunları dilə gətirib:
"Əgər Kriştiano Ronaldo Maykl Cordandırsa , onda Messi bir oyunda 100 xal toplayan Uilt Çemberlendir. Mən oyunda Messini istirahət vermək üçün əvəz etmək istəyirdim. Lakin onun futbolundan zövq aldığıma görə bir qədər də müşahidə etmək istədim. Çox böyük səxavətlə qol ötürmələri edir. Sanki kimsə sehrli çubuğu ilə ona toxunub. 400-cü qol vurmaq böyük nəticədir. Bizlərin çoxu hətta həyətdə və məktəbdə belə bu qədər qol vurmamışıq"
