Arda Turan daha bir Avropa nəhənginin maraq dairəsinə düşüb.
Korner.az-ın məlumatına görə, PSJ, “Milan” və “Mançester Yunayted”in ardından futbolçunu “Barselona” da almaq istəyir.
Katalonların baş məşqçisi Luis Enrike 28 yaşlı futbolçunun transferini klub prezidentindən xahiş edib. Ardanın satış opsiyası 41 milyon avro təşkil edir. (El Mundo Deportivo)
