"Barselona"nın baş məşqçisi Luis Enrike iş yerini dəyişə bilər.
Korner.az-ın məlumatına görə, bu barədə AS nəşri yazıb.
"Barselona" rəhbərliyi mütəxəssisin işindən razıdı və onunla yeni müqaviləyə qol çəkmək istəyir. Lakin Luis Enrike "Barselona"nın bu təklifini rədd edib və bu barədə müzakirələri yayda aparacağını deyib. Çalışdırıcının hazırki sazişinin müddəti 2017-ci ilin yayına qədər qüvvədədi.
Katalan rəhbərliyi Luis Enrikenin gedəcəyi təqdirdə onun əvəzləyicisini də tapıb. Bu elə Luisin hazırki köməkçisi Xuan Karlos Unsue olacaq.
