“Barselona”nın baş məşqçiis Luis Enrike “Real” üzərində qazanılan qələbəni şərh edib.
Korner.az-ın məlumatına görə, kataloniyalıların çalışdırıcısı bunları dilə gətirib:
“Dünyanın iki ən güclü komandasının ifasında möhtəşəm oyun oldu. Möhtəşəm qələbə qazandıq. Buna görə çox şadam. Topsuz olanda futbolçularıma çox çətin olurdu. Lakin onu qazandıqdan sonra hər şey istədiyimiz kimi olurdu. Qol epizodunda Suares çox gözəl oynadı. Bunu hər kəs bacarmaz. Bu səbəbdən Suaresi transfer etdik”
