İspaniya La Liqasında çempionluq üçün mübarizə aparan “Barselona” klubunun baş məşqçi Arda Turan və Aleks Vidal haqqında açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, baş məşqçi futbolçular haqqında bunları deyib: ” “Barselona” klubu transfer dönəmində hər zaman fürsətlərə açıq olan klubdur. Bu dönəmlərin çox qarışıq olduğunu bilirik. Futnolçuların transfer olub-olmacaqlarını birlikdə görəcəyik. İki futbolçu da klub üçün önəmlidir. Komandaya təzə gələn zaman çətin bir dönəmdən keçdilər. Buna baxmayaraq, komandaya tez uyğunlaşdılar. Mən iki futbolçunun çıxışından da razıyam”.
