“Bundan öncə keçirdiyimiz oyunlarda da qələbə layiq idik, lakin qalib gələ bilmirdik.
Korner.az-ın məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində bu gün keçirilmiş "Bakı" – "Qəbələ" oyunundan sonra qonaq komandanın məşqçisi Luis Araqon deyib.
İspan çalışdırıcı komandasının daha çox qol vurmaq imkanı olduğunu vurğulayıb: "Oyunun əvvəlindən sonadək komandam yaxşı oynadı, daha çox qol vura bilərdik. Oyun öncəsi müdafiə xəttində müəyyən çətinliyimiz var idi. Bu gün heyətdə yaşı 21-dən az olan 4 futbolçumuz var idi. Bu həm bizim üçün, həm də Azərbaycan futbolu üçün yaxşı haldır. Qazanılan qələbəyə görə azarkeşlərimizə və futbolçularımıza təşəkkür edirəm”.