İngiltərənin “Mançester Yunayted” futbol klubunun baş məşqçisi gələcək karyerası barədə danışıb.
Korner.az Trend-ə istinadən xəbər verir ki, 63 yaşlı Lui van Qal başqa klubda çalışmayacağını deyib.
Onun sözlərinə görə, “Mançester Yunayted” ilə müqaviləsi bitdikdən sonra təqaüdə çıxacaq: “Ailəmə daha çox vaxt ayırmaq istəyirəm. Diqqətimi uşaqlarıma, nəvələrimə və həyat yoldaşıma ayırmaq niyyətindəyəm”.
