Bir müddət “Qalatasaray”ın baş məşqçisi olmuş Mirça Luçesku “sarı-qırmızılılar”ın Roberto Mançiniylə müqavilə imzalamasını şərh edib.
Korner.az-ın məlumatına görə, rumın çalışdırıcı Mançininin doğru seçim olduğunu söyləyib.
“Qalatasaray” edə biləcəyinin ən yaxşısını etdi. Ünal Aysalı bu seçimə görə təbrik edirəm. “Qalatasaray”lı futbolçular yüksək səviyyəli baş məşqçiylə işləyəcəklər. Mançini çox ağıllı, zəki və böhranlı vəziyyətlərdən çıxış yolunu tapa bilən adamdı. “Latsio”da Sven Qoran Erikssonun köməkçisi ikən çox şey öyrəndi. Sonra “İnter”də zəfərlər qazandı. Qorxmadan İngiltərəyə getdi və “Mançester Siti”ni çempion elədi”, – deyə 68 yaşlı Luçe bildirib.