Luçesku istefaya göndərildi
11.02.2019 , 19:02

Türkiyə millisinin baş məşqçisi Mirça Luçesku istefaya göndərilib.
Bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Rumıniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Luçesku 2017-ci ildən Türkiyə millisinə başçılıq edir. Komanda onun rəhbərliyi altında keçirdiyi 17 oyunda 4 qələbə qazanıb, 7 heç-heçə edib və 7 dəfə məğlub olub.
Qeyd edək ki, Luçeskunun yerinə “Beşiktaş”ın baş məşqçisi Şenol Günəşin təyin olunacağı deyilir. Artıq tərəflərin razılığa gəldiyi bildirilir.
